20 Dekabr 2018 07:35
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşaçıların sevimlisi rekord sayda səs yığdı və “Maşın şou”da qaldı

Tamaşaçıların sevimlisi! Məhz belə “Maşın şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşov şoudan çıxmağa namizəd olan Xose Bernardonu adlandırdı.

Teleqraf.com xəbər verir ki, məhz tamaşaçılar Bernardonun şouda qalıb-qalmayacağına qərar verirdilər.

Bernardo rəqibinin adını açıqlamamaqla, bu sirri özündə saxlamaq istəyirdi, çünki tamaşaçıların onu xilas edib-etməyəcəyinə əmin deyildi. Lakin gözlənilməyən baş verdi.

Xose Bernardonun şouda qalmasına rekord sayda səs verildi – 89,49 faiz. Bu sezon belə bir hal olmamışdı.

Öz növbəsində Xose Bernardo layihənin ən yaşlı iştirakçısı olan Allahverdi Yolçuyevi şoudan uzaqlaşdırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər