Azad Azərbaycan televiziyasında yayımlanan 7 Canlı" verilişinin aparıcısı Vüsalə Əlizadə koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə bu haqda İnstaqram hesabında məlumat verib.
"Çox təəssüf ki, özümü nə qorusam da, mən də dünyanı cənginə alan sağlamlıq müharibəsinin iştirakçısı oldum. Haradan, kimdən, necə gəldiyi bəlli deyil! Hər dəfə efirdə də deyirdim ki, bu virusa yoluxmaq oğurluq, əyrilik deyil.
Bütün dünya, varlı, kasıb, məşhur, bir sözlə hamı yoluxur və yoluxacaq. İki həftədir işdə deyiləm, qaydalara görə karantində olmalı idim, oldum da. Çox şükürlər olsun, özümü yaxşı hiss edirəm. Çox pozitiv qarşıladım və belə də bitirdik".
Qeyd edək ki, "7 Canlı" verilişinə Günay Firuddinqızı aparıcılıq edir.