Müğənni Natəvan Həbibinin televiziyalardan qonorar tələb etməsi prodüser Oqtay Əliyev və onu müdafiə edən əməkdar artist Dilarə Əliyeva arasında qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, Natəvan Həbibi İnstaqramda əməkdar artist Dilarə Əliyevaya etirazını bildirib: "Burda pıç-pıç yaratmayın, haqqımı istəyirəm. Mənimlə də dialoq yaratmayın, bu "çuşka-çuşka", "bozbaş" söhbətlərinizə vaxtım yoxdur. Dilarə xanım, "sən canı" ət tökmə, sən "çuşka" sözünü dilinə gətirmə. Heç danışmayın da, sizdən soruşulmadığı halda!".
Qeyd edək ki, Oqtay Əliyevin Olay.az-a açıqlamasında Natəvan Həbibinin televiziyadan qonorar istəməsi haqqında "Onlara pul verərək dəvət edən oldumu? Onlar dedilər ki, qonorarla çıxırıq. Cavab da odur ki, heç kim çağırmır" fikri tərəflər arasında qalmaqala səbəb olub. Daha sonra Dilarə Əliyeva həyat yoldaşını müdafiə edərək Natəvan Həbibini ehtiyatlı olmağa çağırıb.