Aparıcı Mikayıl Güləddinoğlunun ailəsində ağır itki baş verib.
Teleqraf.com xəbər verir ki, aparıcının anası vəfat edib.
O, sosial şəbəkədə anası ilə fotosunu paylaşaraq "Məkanın cənnət olsun, ana", - deyə qeyd edib.
Mikayıl Güləddin oğlu "Space" kanalında "Sevimli şou" və “Sevimli mahnı” verilişinin aparıcısı olub. O, hazırda MTV Azərbaycan televiziyasında çalışır.