Xalq artisti Aygün Kazımova və müğənni Rəsul Əfəndiyev bir neçə gün əvvəl təqdim etdikləri duet üçün kamera qarşısına keçiblər.
Teleqraf.com xəbər verir ki, "Poqodi pastoy" adlanan mahnının musiqisini Kazımcan, sözlərini isə OGB (Orxan Qarabasma) yazıb. Divanın fərqli obrazda çəkildiyi klipin rejissor işi Dele-yə həvalə edilib.
İfaçıların Meksika tərzində olan stilləri üzərində Ruxa və Fuad çalışıb.
Ekran işi artıq yutub kanalında yayımlanır.
Qeyd edək ki, bu, Aygün Kazımova ilə Rəsulun sayca dördüncü duetidir. Onlar bundan əvvəl "Dola mənə qolunu", "Yarımdı o", "Bu şəhərdən" mahnılarını oxuyublar.