23 Fevral 2023 13:47
3 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Samirə Mustafayeva Baku TV-də yayımlanan “Həmişə gözəllikdə” verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, “Beş il fasilədən sonra televiziyaya başqa görünüşlə qayıtdınız. Bəziləri bunu qəbul etdi, bəziləri yox” sualına Samirə Mustafayeva belə cavab verib: “Televiziyadan gedəndə geri dönmək fikrim yox idi. Geriyə dönəndən sonra da tamaşaçılar məni uzun müddət görmədilər. Dəfələrlə müsahibə və çəkilişlər üçün müraciətlər oldu. Hətta sosial platformamda üzümü göstərmirdim, buna ehtiyac yox idi. Çünki mən sıradan bir vətəndaş idim. Sıradan biri olmaq istəyirdim. İstəmirdim, kimsə məni narahat etsin.

Heç bir yerdə özümü göstərmirəmsə, niyə haqqımda yazırdılar? Bu məni narahat edirdi, bir növ əsəbləşdirirdi. Beş il az müddət deyil. Televiziyada da olsaydım görünüşümlə bağlı nəyi etmişəmsə, yenə də edəcəkdim. Üstündən beş il keçib, bu müddətdə bir az yaşalanmışam, axı”.

Aparıcı “Hansısa fikir sizi məyus etdimi?” sualına isə: “Televiziyaya döndükdən sonra heç bir fikir məni narahat etmədi. Çünki artıq sıravi vətəndaş ola bilmədim. Özümü öz güzgümdə görürəm. O güzgüdə gördüyüm mənə xoş gəlir və rahat edirsə, bu mənə kifayətdir”,-deyə cavab verib.

Samirə Mustafayeva estetik əməliyyatından da söz açıb: “Burun əməliyyatı etdirmişəm. Hətta gecikmişdim də. Çünki ürəyimdə problem var idi. Bəlkə də sevindim ki, nə yaxşı belə bir problem çıxdı, əməliyyata getməli oldum. Çünki doğrudan da burnumda xırda nüans var idi, onu sevmirdim.

Bir az öncə qeyd etdiyim kimi ürəyimdəki problem gecələr nəfəs almağımda çətinlik yaradırdı. Söhbət bunda deyil. Mən burnumu estetik baxımdan əməliyyat etmişəm. İstədim və etdim. Kosmetoloji prosedurlara çox gec başladım. 38 yaşım var. Çox vaxt şərhlərdə botoksdan yazırlar. Əslində, botoks üzdəki qırışları açmaq üçündür. Xanım niyə vaxtından əvvəl qoca görünməlidir? İndi hətta bəylər də botoks etdirirlər. Xanım niyə etməsin?”

Samirə Mustafayeva ən yaxın rəfiqəsinin qızı olduğunu deyib: “Ətrafıma az insanı buraxıram. Son illərdə rəfiqəm qızımdır. Sözün yaxşı mənasında yorulmaq istəmirəm. Özümün kifayət qədər teatrlarım var. Başqa teatrlara qulaq asacaq halım yoxdur”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər