10 Mart 2023 12:05
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Sertab Erener Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, ifaçı ölkəmiz haqqında təəssüratlarını bölüşüb: "Bakıya ilk dəfə illər öncə gəldim. Hər gələndə şəhəri çox sevdim. Bu dəfə rəfiqəmlə şəhəri gəzdim, böyük bir dəyişiklik və inanılmaz fərqli bir Bakı gördüm. Çox xoşuma gəldi. Sizinlə bir araya gəlmək çox gözəldir".

Müğənni konsertdən əldə etdiyi gəliri Türkiyədəki zəlzələ qurbanlarına ianə edəcəyini açıqlayıb: "Ölkəmiz bizi çox kədərləndirdi. Həyatımızı sonsuza qədər dəyişdirəcək böyük bir hadisə baş verdi. Siz də bizimlə eyni hissləri keçirdiyinizdəm əminəm. Bu konsertin bütün gəlirlərini ehtiyacı olan insanlara verməyə çalışacağıq".

İfaçı Sərvər Bəşirlidən də danışıb: "Yaxşı bir insanın köhnə avtomobili və üzərindəki yataq dəstləri ilə fotosu heç gözümün önündən getmir. Sizinlə bunu paylaşmaqdan və musiqi ilə yaxın olmaqdan böyük qürur duyuram. Musiqi hər birimizi birləşdirəcək".

Anşlaqla keçən konsertdə ifaçı məşhur və sevilən mahnılarını səsləndirib.

Qeyd edək ki, konsert "Kevents" qrup və "Peachline"nin təşkilatçılığı ilə baş tutub.



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər