2 Yanvar 2015 23:41
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən çoxdur, müğənni Murad Dalkılıç ilə birlikdə olan gözəl aktrisa Mervə Boluğur sevgilisi ilə ayrıldıqlarını və əlaqələrinə son verdiklərini açıqlayıb.

"Murad Dalkılıçla olan birgə həyatımızı qarşılıqlı sevgi və hörmət çərçivəsində sonlandırmağa qərar verdik. Qərarımızın üçüncü şəxslərlə əlaqəsi yoxdur. Yaşadığımız bu müddətin həssas bir dövr olması səbəbi ilə mətbuat işçilərinnə də daha anlayışlı olmalarını səmimiyyətlə xahiş edirəm".

İzmirdə konsert verən Murad Dalkılıç proqram əsnasında Merve Boluğurla ayrıldığı iddiasını da təsdiqləyib. Dalkılıç "2015 ölkəmizə gözəl gəlsin. Mənim kimi yalnız olanlara eşq, pulsuzlara pul diləyirəm" sözləri ilə birlikdə olmadıqlarını etiraf edib.

Boluğur və Dalkılıçın 2013-cü ilin iyulunda başlayan eşqi Bodrum tətiliylə ortaya çıxmışdı. Sevgililər təxminən bir il sonra yenə bir Bodrum tətili əsnasında evlilik qərarı almışdı. Dalkılıç, "Mervenin həyatımdan getməsini istəmirəm. Erkən uşaq sahibi olub ailə qurmağa qərar verdik" demişdi.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər