8 Yanvar 2015 14:52
3 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il “Ultraviolence” albomu ilə gündəmə gələn müğənni Lana Del Rey daha bir albom çıxarmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, karyerasının ən məhsuldar günlərini yaşayan ifaçının yeni albomunun adı “Honeymoon” (Balayı) olacaq. O, artıq yeni albomu üçün doqquz mahnı yazıb.

Dünyaca məşhur musiqi jurnalı “Billboard”a açıqlama verən Lana “Bütün mahnıları bir-birinə bağlayacaq bir neçə mahnı axtarışındayam” söyləyib. “Honeymoon” albomu yaz aylarına hazır olacaq.


Lana Del Rey ötən günlərdə Tim Burtonun maraqla gözlənilən yeni filmi “Big Eyes”(Böyük gözlər) üçün də “I Can Fly” və “Big Eyes” adında iki yeni mahnı ifa edib.

Lana Del Reyin “GQ” jurnalı üçün verdiyi bu pozalar çox danışılmışdı.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər