Mərhum meyxanaçı Bayram Kürdəxanılının Rusiyada övladı olduğu ortaya çıxıb.
Teleqraf.com-un xəbərinə görə, bu haqda aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində məlumat verib.
Bayram Kürdəxanlının qardaşı Xəlifə Quliyev bu sözləri deyib: "Qardaşımın övladının tapılmasını istəyirəm, onun yadigarıdır. Qardaşım həmin xanımla Moskvada tanış olmuşdu, təxminən 35 il əvvəl. Qız Rusiyada oxuyurdu. Onun təhsil haqqını qardaşım ödəyirdi. Qız institutu bitirəndən sonra onun ailəsi evlənmələrinə razı olmadı. Valideynləri iş adamı idi. Sonra həmin qadın avtomobil qəzasında dünyasını dəyişdi. İllər sonra bildim ki, oğlu var".