Rusiyalı reper Timatini Los-Ancelesdə (ABŞ) Hollivudun işarəsinə Rusiya bayrağını sancdığı üçün həbs ediblər.
Bu barədə müğənni öz İnstagram səhifəsində bildirib. Timati “hərflərin üstünə çıxıb, bayrağı sancdığımız üçün, həbs edilməzdən 20 dəqiqə öncə”- yazısı ilə video yerləşdirib. Videoçarxın əvvəlində, Timati əlində Rusiyanın üçrəngli bayrağını tutur, sonra kamera geri çəkilir və Hollivud işarəsi görünür.
“Kalinka” kompozisiyası isə, çarxın fonu olub. Üç saat ərzində videoya, 50 min baxış olub. Bir çox abunəçilər müğənninin hərəkətinə, pozitiv reaksiya veriblər. “Afərin! Bax adamı belə bezdirib, gözünü ağrıtmaq lazımdır!!!” – Ololoşeva adlı istifadəçi yazıb. /Show.az/