26 Yanvar 2015 10:13
1 474

Müğənni Aygün Kazımovanın 44 yaşı tamam olur.

Teleqraf.com xəbər verir ki, sənətçini ilk təbrik edən qızı İlqarə Kazımova olub.

Aygün Kazımova 1971-ci ildə Bakıda anadan olub.

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə qədəm qoyub. İlk "Qrand-pri" mükafatını məhz bu yarışmada qazanıb. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq konkursda, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda beynəlxalq yarışmada laureat olub.

2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. 2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə "Qrand" mükafatı qazanıb. İndiyə kimi saysız solo konserti olub. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar.

2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb.

2005-ci ildə rejissor Arif Qazıyevin "Xarı bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib.

2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarları olan Sinan Akçıl və Sərdar Ortacla iş birliyi qurub. Sinan Akçıl ilə "İkinci sen" adlı duet ifa edib. Sərdar Ortacdan isə "Hayat ona güzel" adlı mahnı ifa edib. 2012-ci ildə ifa etdiyi bu mahnılara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qrand 2012" mükafatına layiq görülüb. Sinan Akçıl ilə ifa etdiyi duet müğənniyə "İlin dueti", Sərdar Ortacdan ifa etdiyi mahnının klipinə görə isə "İlin klipi" mükafatına layiq görülüb.

2012-ci ilin sonundan dünya layihəsinə start verib. Müğənni Hollivud ulduzu, reper Snup Doq ilə duet ifa edib. Həmin mahnının adı "Coffee from Columbia" olub.

Rüstəm


Müəllif: