Tanınmış stilist Anar Ağakişiyev ötən gün iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində törədilən terror aktından əvvəl məkanı tərk etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev İnstaqramda hekayə bölümündə İstanbul Hava Limanından video paylaşaraq bu sözləri deyib:
“Bilirəm ki, hamınız mənə görə narahatsınız. Hamımızın başı sağ olsun. Mən də o məkanda idim. Sadəcə olaraq məkanda baş verən hadisədən yarım saat əvvəl ayrıldım. Çox mesajlar yazırlar, narahat olmayın. Mən hadisə baş verən zaman yox idim və artıq hava limanına gedirdim".