"Restoranda sonuncu dəfə nə qədər hesab ödədiymi xatırlamıram. Mən hansısa məkana daxil olanda hesabı ödəyirlər, ya restoran rəhbəri, ya oradakı insanlar. Hətta deyirlər ki, bura yenə gəlin".
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə "Xəzər" televiziyasında yayımlanan "Zarafat bir yana" verilişində qonaq olarkən deyib.
Əməkdar artist yol hərəkəti qaydalarını heç vaxt pozmadığını da vurğulayıb: "Uşaqların oxuyacağı "Balaca piyadalar üçün qaydalar" adlı kitab yazdım. Mənə sual verdilər ki, niyə uşaqlar üçün kitab yazırsınız? Cavab verdim ki, böyüklərlə qurtarmışam. Qayda-qanunları bilən uşaq böyüyəndə onu pozmayacaq. Böyükləri başa salmaq çətindir.
Mən Azərbaycanən gələcəyi üçün işləyirəm. İstərdim, Azərbaycan vətəndaşlarının hamısı qayda-qanunla yaşasın. İndiyə qədər qayda pozuntum olub. Cərimələrimin 98 faizi parklanma ilə əlaqəlidir. Çünki mənim çörəyim hərəkətdən çıxır. Şəhərin A hissəsindən B hissəsinə, oradan da C nöqtəsinə gedirəm. Görüşlərim çox olur. Polis oğlu olmuşam və atama hörmət etmişəm. Ona görə də heç vaxt yol hərəkəti qaydalarını pozmamışam".