Türkiyənin tanınmış aktrisası, "Yeşilçam" ulduzu Türkan Şoray yenidən Azərbaycana gəlmək istəyini dilə gətirib.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Əli Novruzəliyev məlumat verib.
Aktrisa azərbaycanlı sənət adamlarını kino gününü də təbrik edib.
"Onların hamısının yanaqlarından öpürəm, tezliklə Azərbaycana gəlmək istəyirəm", - deyə aktrisa bildirib.