19 Sentyabr 2015 13:12
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova yaxşılıq etdiyi insanlar haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, əməkdar artist etdiyi yaxşlıq müqabilində insanlar tərəfindən fərqli münasibətlə qarşılaşdığını bildirib.

O qeyd edib ki, bundan sonra da insanlara kömək edəcək, amma hallarına yanmayacaq: “Atam cavan yaşından ağır xəstəliklə üz-üzə qaldığı üçün gənc yaşlarımdan ailə qayğılarını çəkərək böyüdüm və belə öyrəndim. Kiməsə kömək lazım olduqda isə onları özümə yalvartmadan, qarşımda əskiltmədən imdadlarına yetişməyi həyat qanunuma yazdım. Kimsədən sağ ol gözləmədən. Bəzi insanlar “sağ ol” dedi, bəziləri isə borcum olduğunu düşündü. Yaxud da sənin yerinə başqasına “sağ ol” dedi. Düzdür, bu hallar adamı bir az incidir, amma zaman keçir yadıma belə düşmür. Təki canları sağ olsun. Amma bir də görürsən ki, Allah sənin özünü sınayır və dara düşürsən. O zaman kimsə sənin üçün yanır, kimsə vecinə də almır. Mənə görə narahat olan insanlar yaxşı ki, varsınız. Uzun illərdir ki, Allah məni belə imtahana cəkməmişdi. Şükür bu gününə. Yenə də lazım olsa haraylarına qaçacam, amma daha yanmayacam”.

Qeyd edək ki, əməkdar artist yaxın günlərdə yüksək təzyiq ilə xəstənaya yerləşdirilmişdi.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər