Küçələri xalı kimi bəzəyən sarı, narıncı rəngli yarpaqlar payızın rəmzlərindən biridir. Fəslin romantik mühitini evinizdə də hiss etmək istəyirsinizsə, dekorasiyada kiçik dəyişikliklər edə bilərsiniz. Bunun üçün saralmış yarpaqlardan kiçik dekorativ əşyalar hazırlaya bilər və ya daha asan üsula əl atıb güldana gül əvəzinə yarpaq qoya bilərsiniz. Mağazalardan hazır dekorativ əşyalar almaq olar. Üzərində yarpaq printləri olan yastıqlar, süfrələr evinizin ab-havasını bir anda dəyişəcək.
Publika.az ilham almağınız üçün payızı əks etdirən, bir-birindən gözəl dekorasiya nümunələrini təqdim edir: