4 May 2016 00:32
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholmda keçiriləcək “Eurovision 2016”da ölkəmizi təmsil edən Səmra Rəhimlinin Erikson Qlob Arenada ilk məşqi keçirilib.

Teleqraf.com xəbər ki, Səmra Rəhimli səhnədə iki qadın və iki kişi olmaqla dörd rəqqas tərəfindən müşaiyət olunacaq. Səhnə tərtibatının müəllifi 2009-cu ildə Aysel və Araşın rejissoru olan Royn Söderluntdur.

21 yaşlı ifaçımız Səmranın özünəməxsus ifa tərzi, xarizması və gözəlliyinə heyran olan isveçli rejissor mahnı və səhnə tərtibatı haqqında öz fikirlərini bölüşüb: “Miracle sadəcə sevgi münasibətinin bitməsi haqqında deyil. Biz buarada mahnı ətrafında müsbət emosiyalar yaratmaqla izləyicilərə ümid aşılamağa da, çalışmışıq”.

Qeyd edək ki, Miracle TV-də fəaliyyətə başlayır. Kanalın aparıcısı avstraliyalı komediyaçı Luis Zezeran hər gün izləyicilərə Səmranın Stokholmdakı hazırlıq prosesi barədə ətraflı məlumat verəcək.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər