Rəşad 30 mini aparandan sonra iştirakçılar yenə ağladılar. Amma bu dəfə başqa səbəbə görə. Dedilər ki, nə yaxşı, Rəşad bizə qulaq asmadı...
Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı ATV-də yayımlanan “Davam, ya Tamam” şousunun istehsalçı şirkəti olan MGP Productionun baş prodüseri Toğrul Məmmədov deyib.
Teleqraf.com xəbər verir ki, “Davam ya Tamam” şousunun iştirakçısı Rəşad Quliyev çantanı dəyişmək şansından istifadə edərək, bu məbləği qazanıb. Əks halda yalnız 1500 manat pulla şounu tərk edəcəkdi.
Qeyd edək ki, Hollandiyada “Deal or no deal”, Türkiyədə “Varmısın, yokmusun”, Azərbaycanda isə “Davam, ya Tamam” kimi tanınan bu şouda artıq ikinci dəfədir belə bir yüksək məbləğ udulur.
Daha öncə Sevda Sadıxova adlı iştirakçı da 30 min manat pul qazanmışdı.