1.70 metr boyu, 80 kq çəkisi olan 29 yaşlı danimarkalı fitnes fenomeni Mia Sandı mətbuat “qadın Herakl” kimi təqdim edir. Bir oğul anası olan modelin ideal bədən quruluşu görənləri heyran edir.
Teleqraf.com xəbər verir ki, 1987-ci il oktyabrın 11-də Danimarkanın paytaxtı Kopenhaqendə doğulan M.Sandın sosial şəbəkələrdə 620 min izləyicisi var.
Onun istər məşq prosesindən, istərsə də gündəlik həyatından paylaşdığı hər hansı foto saniyələr ərzində rekord izləyici kütləsinə çatır.
Eyni zamanda mətbuatın daima diqqət mərkəzində olan fitnes modeli bir çox idman şirkətləri və idman məhsullarını reklam edir.
Əzələli və eyni zamanda da cazibəli cüssəyə sahib fenomen qadının görüntülərini təqdim edirik.