Amerikalı tələbə Anok Yai universitetdə keçirilən festivalında təsadüfən fotoqraf tərəfindən kəşf edilib.
Teleqraf.com xəbər verir ki, 19 yaşlı Anok Yai Mançester-Nyu Hampşiredə doğulub. O, Plimouz Əyalət Universitetində ikinci kursda oxuyur. Fotoları sosial şəbəkələrdə paylaşılandan sonra məşhur olan gözəli indi modellik biznesilə məşğul olan agentlə əl-əl axtarırlar. Anok Yai bildirib ki, bir neçə gün ərzində üç modellik agentliyindən təkliflər alıb. Biokimya fakültəsinin tələbəsi vaxtilə modelliyin onun üçün əlçatmaz röya olduğunu deyib.