16 Dekabr 2017 08:53
2 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı astroloq Tamara Qloba 2018-ci il və növbəti 7 il üçün proqnozlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Teleproqram” jurnalına danışan astroloq 2018-ci ildən yeni 7 illik dövrün başlanacağını bildirib:
“Bu dövrdə Rusiya və dünyada böyük dəyişikliklər baş verəcək. Əgər növbəti ili götürsək, ən ağır vaxtlar yanvarın axrı və fevralda olacaq. Həmin vaxtda dünya böyük müharibəni hiss edəcək. Ancaq bu, dözülməz olmayacaq. Növbəti 7 illik dövrdə ən çox dəyişiklik dünya iqtisadiyyatında özünü göstərəcək. Ulduzlar həmin vaxtı qlobal sarsıntıları göstərir. Bu isə dünyada yeni iqtisadi birliklərin yaradılmasına gətirib çıxaracaq.

Rusiya üçün də bu dövr çətin olacaq. Ancaq Rusiya özündə güc tapıb ayağa qalxacaq. Rusiya iqtisadiyyatı 2025-ci ildə möhkəmlənməyə başlayacaq”.


Müəllif: Samir

Oxşar xəbərlər