Antarktikada qeyri-adi obyekt tapılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ufoloqlar Yerin qütb bölgəsində bir neçə gün əvvəl buz əriməsindən sonra qəribə bir obyekt tapıblar.
Ekspertlərin fikrincə, Antarktikada buz örtüyünün altında gizli sirli quruluş var. Qlobal iqlim dəyişikliyi nəticəsində buzlar əriyir və bu sirli quruluş ortaya çıxır.
Tədqiqatçılar apardığı hesablamalara əsasən, bu strukturun uzunluğu 300 metr, eni isə 30-50 metrdir. Onun divarlarının hündürlüyü təxminən 10 metrdir. Mütəxəssislər bu obyekti Antarktikanın peykdən çəkilən görüntülərinə baxaraq tapıblar.
Bəzi ufoloqların fikrinə görə, bu obyekt insan tərəfindən hazırlanıb.
Bəlkə də, bizim Antarktika adlandırdığımız bu gizli baza, ərazi buzlanmadan əvvəl sivilizasiyanın yan keçdiyi və ya qədim şəhər, yaşayış sahəsi olub.
Mütəxəssislər onu da qeyd edib ki, özünüz xəritədə sirli obyektlər tapmaq istəyirsinizsə, bu coğrafi koordinatlardan istifadə edə bilərsiniz: 69 ° 53'42.03 "S 38 ° 42'22.02" E