10 Aprel 2018 00:58
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə dünyasını dəyişən müğənni Maykl Ceksonun məşhur rəqsi ilə bağlı zaman-zaman yeni detallar açıqlanır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yeni məlumatlara görə, Maykl Cekson dizlərini bükmədən qabağa əyilərək etdiyi rəqs üçün xüsusi dizayn edilmiş ayaqqabıdan istifadə edirmiş.

Müğənninin özəl ayaqqabını patentləşdirdiyi deyilir. Vaxtilə Ceksonun rəqsləri, eləcə də qabağa əyilərək rəqs etməsi çox müzakirələrə səbəb olub. Bu hərəkətinə görə bir çox ABŞ KİV-i pop kralını sehirbaz da adlandırıb. Əslində Ceksonun rəqsi illuziyadan ibarət olub.

Ayaqqabının daban hissəsində üçbucaq formasında oyuq açılıb, səhnəyə xüsusi dəmirlər yerləşdirilibmiş. Maykl Cekson və rəqqaslar həmin hərəkəti edən zaman ayaqqabısının oyuq hissəsini dəmirlərə keçirərək müvazinətini saxlaya bilirmiş.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər