28 İyun 2018 17:25
2 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəşfiyyat təşkilatları sosial mediada insanların yazdıqları, baxdıqları, bəyəndikləri, paylaşdıqlarını izləyə bilir.

Teleqraf.com xəbər verir ki, toplanan bütün məlumatlar süni zəkanın köməyi ilə araşdırılır.

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məlumatları dəyərləndirmək üçün 137 müxtəlif süni zəka proqramından istifadə edir. Proqramın çoxluğu və müxtəlifliyi həm zamana, həm də xərcə qənaət etməyə yönəlib.

Peyk görüntülərinə cavabdeh olan Robert Kardillo bildirib ki, kosmosdan gələn bütün məlumatları analiz etmək üçün insan gücündən istifadə edilsə, 8 milyon adamı işə götürmək lazım gələr. Onun sözlərinə görə, süni zəka ümumi iş yükünün 75 faizini qarşılayır.

“Yutub” və “Quql”da insanların necə bomba hazırlanacağına dair məlumat və video materiallar axtarıldığı zaman süni zəka dərhal dövrəyə girir və potensial terrorçu xəbərdarlığı verir.


Müəllif: Ruslan