13 Fevral 08:11
296

Yeni qlobal layihəyə start verilir, layihə ilk olaraq Bakıdan başlayacaq. “Bakı Google Maps”də adlı layihədə şəhərimiz geniş formatda Google Maps-də yerləşdiriləcək.

Teleqraf.com xəbər verir ki, layihədə vətənini və şəhərini sevən istənilən şəxs iştirak edə bilər.

Qeyd edək ki, bu iştirak edəcək şəxslərin gələcəkdə Google-da karyera imkanına böyük təkan olacaq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Layihədə iştirak olduqca asandır:

1. Street View proqramını yükləyirsiz
2. Daxil olursuz "Private"
3. Və olduğunuz yerin şəkilini çəkirsiniz

Əgər yerləşmə düzgün və çəkilən şəkillər keyfiyyətlidirsə, Google tərəfindən təsdiqlənəcək. Təsdiqlənməni isə Google Maps-ə daxil olaraq izləyə bilərsiniz.

Xahiş edirik ki, əlavə edilən şəkillərlə bağlı jalya.orudjeva@mail.ru e`mailinə məlumat verilsin. Layihənin
rəhbəri Jalə Orucova layihədə iştirak edən və vətənini dünyaya tanıdan hər bir şəxsə xüsusi təşəkkür
ediləcəyini bildirib.


Müəllif: Teleqraf.com