Tanınmış kahin Vanqa nənənin 2021-ci ilə dair ortaya çıxan proqnozları və gözləntiləri o qədər də xoş deyil.
Teleqraf.com xəbər verir ki, ingilis mediası məşhur baxıcının 2021-ci illə bağlı proqnozlarını yayıb.
Nəşrin verdiyi məlumata görə, 2021-ci illə bağlı proqnozlarında Vanqa bildirib ki, ekstremistlər və radikallar Avropanı işğal edəcək: “Ekstremistlər avropalılara qarşı kimyəvi silahdan istifadə olunacaq. Qitədə həyatın sonu gələcək”.
Vanqa nənənin proqnozuna görə, Rusiya Prezidenti Vladimir Putinə bu il sui-qəsd ediləcək.
Vanqanın 2021-ci illə bağlı ən qorxunc proqnozu isə dünyanın böyük fəlakətlərdən əziyyət çəkəcəyi ilə bağlıdır: “İnsanların şüuru dəyişəcək. Çətin günlər gələcək və insanlar inanclarından ayrılacaqlar”.
Vanqanın təxminlərində bir "əjdaha" haqqında da söhbət gedir. Bu əjdahanın Rusiya, Hindistan və Çin olacağı ehtimal edilir. Vanqa əjdahanın dünyanın super gücü olacağını iddia edir: “Güclü bir əjdaha insanlığı fəth edəcək. Üç nəhəng birləşəcək, bəzilərinin qırmızı pulu olacaq. Beş, yüz və bir çox sıfır görürəm”.
Vanqa nənə bütün bunlara rəğmən dünyanın dincələcəyini də deyib. Günəş enerjisindən istifadə edən qatarların uçacağını söyləyən Vanqa neft istehsalının dayanacağını və dünyanın istirahət edəcəyini bildirib.