13 Sentyabr 2021 23:14
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 il Vyetnam meşələrində yaşayan 52 yaşlı “Əsl Tarzan” – Xu Van Lanq 52 yaşında xərçəng xəstəliyinə məğlub olub.

Teleqraf.com xəbər verir ki, Vyetnam müharibəsində əsgər olan və savaşda həyat yoldaşı və qızını itirən Xu Van Tanx o vaxt körpə oğlu Xu Van Lanqla birlikdə meşəyə qaçmışdı.

40 il meşədə yaşayan ata və oğul 2013 -cü ildə Xu Van Lanqın səhhətinin pisləşməsindən sonra şəhərə getməli olub.

Ata 2017-ci ildə oğlu Lanq müalicə olunarkən vəfat edib.

Ata və oğul meşədə illərlə yerdən 5 metr yüksəklikdəki ağac evdə yaşayıb. Ağac qabığından paltar hazırlayan və meşənin nemətlərindən faydalanan ata və oğul qeyri-adi həyatları ilə dəfələrlə dünya mətbuatının diqqətini çəkib.
Lanq bu həyat tərzinə görə “Əsl Tarzan” adını alıb.

“Öldüyünə çox təəssüflənirəm. Amma bu ölüm onun üçün bir qurtuluş idi. Çünki son aylarda çox ağrılar çəkdiyini bilirdim”, - Lanqla bir həftə meşədə yaşamış araşdırmaçı Alvaro Çerezo deyib.

O, Tarzanın mədəni dünyanın onun üçün o qədər də yaxşı olmadığını bildirib:

“Gözəl bir insan idi, onu unutmaq mümkün olmayacaq, darıxacağam. Artıq siqaret və spirtli içki qəbul etməyə başlamışdı. Mədəni dünya onun üçün yaxşı olmadı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər