İstanbulun ən qiymətli tikililərindən biri olan tarixi Bəylərbəyi Hamamı satışa çıxarılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Üsküdarda yerləşən, 244 illik tarixi olan hamamın satış qiyməti 48 milyon lirədir.
Hamam 1778-ci ildə I Əbdülhəmid tərəfindən Rabia Sultanın şərəfinə inşa edilib.
Tarixi hamam 4 paltaryuyan və 14 soyunub-geyinmə otağı ilə 698 kvadratmetr təmiz sahəyə malikdir.