16 Sentyabr 2023 23:44
4 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsinin plazmasındakı yüksək enerjili elektronlar Ayın səthində suyun əmələ gəlməsinə kömək edə bilər.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Havay Universitetinin elm adamları bu qənaətə gəliblər.

Amerikalı tədqiqatçılar araşdırmada Hindistanın Ay zondu “Chandrayaan-1”in Yerin təbii peykindən gətirdiyi nümunələrdən istifadə ediblər. Araşdırmada məlum olub ki, Yerin elektronları Ayda havanın əmələ gəlmə şərtlərinə kömək edə bilər.

Yer Günəşin dağıdıcı şüalanmasından qoruyan maqnitosfer adlanan güc sahəsi ilə əhatə olunub. Bu güc sahəsi yüklənmiş hissəciklərin partlaması nəticəsində və ya Günəş küləyi tərəfindən xaricə itələnir və yenidən formalaşır. Bu, Yerin gecə tərəfində uzun quyruq əmələ gətirir. Quyruq yüksək enerjili elektron və ionlardan ibarətdir.

Günəş küləyi daha sonra Ayın səthinə çatır. Elm adamları hesab edirlər ki, küləyin bura gətirdiyi elektronlar Ayda suyun əmələ gəlməsinin ilk yollarından biridir.

“Bu, Ayda səth sularının əmələ gəlməsi proseslərini öyrənmək üçün təbii laboratoriyadır. Ay maqnitosfer quyruğundan kənarda olduqda, səthi Günəş küləyi tərəfindən “bombardman” edilir. Maqnitosfer quyruğunun içərisində Günəş küləyində demək olar ki, heç bir proton yoxdur və suyun əmələ gəlmə ehtimalı sıfıra enir”, - tədqiqatın aparıcı müəllifi Şuay Li deyib.

Ayın səthində nə qədər suyun olduğunu anlamaq astronomlara bu göy cisminin necə təkamül yolu keçdiyini anlamağa kömək edir.

Su həm də insanların gələcək kosmik missiyaları üçün qiymətli resurs ola bilər. Bu, Ayda qalma və tədqiqat aparma müddətini də uzada bilər. Eləcə də, bunun gələcəkdə Ayı insanların yaşamaları üçün əlverişli edə biləcəyi ehtimalına diqqət çəkilir.

Yeni kəşf əvvəllər Ayın qaranlıq tərəfindəki bölgələrdən tapılan buzun mənşəyini anlamağa kömək edə bilər.

“Müşahidələr göstərdi ki, Yerin maqnitosfer quyruğunda suyun əmələ gəlməsi, demək olar ki, Ayın dünyanın maqnitosfer quyruğundan kənarda olduğu dövrə təsadüf edir. Bu məni təəccübləndirdi.

Bu onu göstərir ki, maqnitosfer quyruğunda Günəş küləyi protonlarının implantasiyası ilə birbaşa əlaqəli olmayan və yeni su mənbələrinin əmələ gəlməsinə şərait yaradan əlavə formalaşma prosesləri baş verə bilər. Xüsusilə, yüksək enerjili elektron şüalanma Günəş küləyi protonları ilə eyni təsirə malikdir”, - Li vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər