14 İyun 22:12
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç dost kimsəsiz bir yerdə havada uçan UFO görüblər.

Teleqraf.com xəbər verir ki, hadisə Kanadanın Ontario şəhərində baş verib.

Pentaqonla işlədikləri üçün adları açıqlanmayan üç dost parlaq mavi rəngli UFO-nun kiçik bir şəhər üçün kifayət qədər işıq yaydığını bildiriblər.

Dostların sözlərinə görə, naməlum uçan boşqab yerdən 6 metr hündürlükdə olub:

"Yerdən təxminən 6 metr hündürlükdə fırlanan 50 metr uzunluğunda, 6 metr enində olan UFO çox güclü elektromaqnit sistemi sayəsində uçurdu. Maşın elektrik dalğaları yayaraq fırlanırdı. Onu videoya çəkməkdə o qədər də uğurlu olmadıq. Onun yaydığı enerji lazer işıqlarına bənzəyirdi. 7 dəqiqəlik görüşümüz üfüqdə başqa bir UFO görünüb. Bir müddət sonra hər iki UFO sürətlə yoxa çıxdı".


Müəllif: Arzu

Oxşar xəbərlər