17 İyun 00:12
14 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NASA"nın iki astronavtını dünyaya qayıda bilmir.

Teleqraf.com xəbər verir ki, astronavtları Beynəlxalq Kosmik Stansiyaya aparan Boeing-in Starliner uçuş aparatı iyunun 5-dən kosmosdadır.

Xarici KİV-lərdə gedən xəbərə görə, uçuş aparatında texniki problemlər yaranıb. Yaranan problemə görə astronavtların dünyaya nə zaman qayıdacağı məlum deyil.

Astronavtların iyunun 14-də geri dönmələri planlaşdırılsa da, lakin "Boeing" və "NASA" problemləri həll etməyə çalışdığı üçün geri qayıtma tarixi 22 iyuna qədər təxirə salındı.

NASA X sosial media platformasında iyunun 18-də keçiriləcək mətbuat konfransında məsələyə aydınlıq gətiriləcəyini açıqlayıb.


Müəllif: Arzu