"Microsoft" əməkdaşlarına "Android"dən istifadəni qadağan edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" xəbər yayıb.
Xəbərə görə, şirkət Çindəki əməkdaşlarına bu proqram təminatını qadağan edəcək.
Bundan başqa, Çində "Google" mobil servisləri işləmədiyindən personala "Android"li qurğular üzərindən korporativ giriş belə qapadılacaq. Xəbərə görə, xidməti məqsədlər üçün yalnız "Apple"dan istifadəyə icazə veriləcək.