Alimlər Ayda astronavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəkləri mağara tapıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalında araşdırma dərc edilib.
Araşdırma çərçivəsində alimlər ABŞ Aerokosmik Agentliyinin (NASA) Ay kəşfiyyat vasitəsinin radar ölçmələrini təhlil ediblər.
Mağaranın "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda olduğunu bildirən elm adamları, onun lava borusunun çökməsi nəticəsində meydana gəldiyini bildiriblər.
Alimlər qeyd ediblər ki, bu mağara sərt ekoloji şəraitdən qorunduğu üçün gələcəkdə uzunmüddətli missiyalar üçün astronavtların işinə yaraya bilər.