8 Avqust 01:43
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa brendi "Christian Dior" Rusiyaya qayıdacaq.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, "Christian Dior" "Rospatent"ə "Dior", "Dioramour" və "Gem Dior" ticarət nişanlarının, eləcə də "C"və "D" hərflərinin stilizə edilmiş təsviri olan loqonun qeydiyyata alınması üçün ərizələr təqdim edib. "Rospatentdən" verilən məlumata görə, brendlərin qeydiyyatı üçün müraciətləri Fransanın "Christian" şirkəti verib.

Markalar qeydiyyata alındıqdan sonra şirkət kişi, qadın və uşaq geyimləri, papaqlar və ayaqqabılar, idman ayaqqabıları, çantalar, çini, keramika, saxsı, şüşədən məmulatlar, eləcə də kosmetik çantalar istehsal edib sata biləcək.

Bir gün əvvəl Rusiyada "Hugo Boss" mağazalarının yenidən açılacağı məlum oldu . 19 mağazanın eyni vaxtda işə qayıdacağı və “köhnələrdən heç bir fərqi olmayacaq” gözlənilir.


Müəllif: Arzu

Oxşar xəbərlər