9 Avqust 08:12
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pişik” parazitlərinə yoluxmuş donorların böyrəkləri alıcılar üçün təhlükəli deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə "Transplant International" jurnalında araşdırma dərc olunub.

Toksoplazma insanlar arasında geniş yayılıb. Bildirilir ki, insan orqanizmininə bu parazitlər pişiklərdən keçir. Sağlam insanlar üçün bu təhlükəli olmasa da, orqan transplantasiyası olan xəstələr immun sistemini zəiflədən dərmanlar qəbul etdiyindən alimlər güman edirdilər ki, bu onlar üçün təhlükəli ola bilər.

Yeni araşdırmada alimlər 51 min xəstənin məlumatlarını təhlil ediblər. 4300 halda toksoplazmaya yoluxmuş böyrək transplantasiya olunub. Nəticədə orqanların rədd edilməsi və ya uğursuzluq riski bütün xəstələr üçün 5% olub. Yəni toksoplazma nəticəyə təsir etməyib.

Bununla belə, alimlər belə böyrəkləri qəbul edən insanların əlavə monitorinqini tövsiyə ediblər.



Müəllif: Arzu

Oxşar xəbərlər