8 Aprel 2015 16:49
3 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tərcüməçi Sevil Gültənlə müsahibəni təqdim edir.

Altı manata danışdıq, Səlim Babullaoğlu yeddi manat verdi

– Sevil xanım, sizi yaxşı tərcüməçi kimi tanıyırlar. Deyirlər, yaxşı ingilis dili mütəxəssisiniz. Maraqlıdır, tərcümə sahəsində hansı uğurlarınız olub?
– Əgər mükafat-filan nəzərdə tutursunuzsa, olmayıb. Ən böyük uğurum elə tərcüməçi kimi tanınmağımdır.

– Hansı şairlərin şeirlərini ingilis dilinə çevirmisiniz və xarici ölkələrdə maraqla qarşılanıb? Uğur deyəndə bunu nəzərdə tuturam.
– Siftəni Qəşəm Nəcafzadə ilə etmişəm. Demək olar ki, müasir Azərbaycan ədəbiyyatnda ortada olan şairlərin çoxunun şeirlərini tərcümə etmişəm: Qəşəm Nəcafzadə, Salam Sarvan, Səlim Babullaoğlu, Elxan Zal, Fərid Hüseyn, Elçin İsgəndərzadə…

– Bu şairlər tərcümənin haqqını veriblər? Yoxsa, pulsuz etmisiniz?
– Veriblər... Hərə öz insafına görə haqqımı verib. Qəşəm tərcümə haqımı verdi. 20 nömrıli avtobusa minib iş yerimə - Muğam teatrına getdim. İşə çatanda gördüm ki, telefonum yoxdur . Hə, yəni belə ürəksiz qanorar verənlər də olub. (gülür)

– Səlim Babullaoğlu necə?
– O da verib.

– Nə qədər?
– Mən deyən qiymətdən də çox olub. Tutaq ki, mən səhifəsini altı manata demişəm, o isə yeddi manatdan verib. Düznü desəm, ən insaflı haqq verən bir Səlim Babullaoğlu olub, yazıçılardan isə Yunus Oğuz.

Afaq Məsudun qəbuluna düşmək olur ki?

– Hal-hazırda harda işləyirsiniz?
– Gorum var ki kəfnim ola? Muğam Teatrında işləyirdim. Oranı bağladılar. Neçə il işsiz qaldım. Sonra Xalça Muzeyində işlədim. Heç cəmi bir il çəkmədi işləməyim. Mənim yerim deyildi.

– Niyə?
– Maaş çox azdır.

– Bəs nə ilə dolanırsınız?
– Sifariş olanda evdə işləyirəm, bir də “Qanun” nəşriyyatı üçün ingliscədən kitablar tərcümə etmişəm. Dörd kitabı artıq təhvil vermişəm “Qanun” Nəşrlər Evinə. İnşallah, çap olunar tezliklə.

– Niyə Tərcümə Mərkəzində işləmirsiniz?
– Tərcümə Mərkəzində iş versəydilər, işləyərdim. Mən də normal maaş almaq istəyirm, kimdən əskiyəm?

– Müraciət etmisiniz Tərcümə Mərkəzinə?
– Kimə müraciət edim? Afaq Məsudun qəbuluna düşmək olur ki? Neçə dəfə getdim, dedilər, qəbulunda adam var. Nömrəsini tapıb zəng etdim, adımı eşidib dedi ki, Sevil Gültən adlı tərcüməçi tanımıran. Onun məntiqinə görə kiminsə əsərini oxumayıbsa, deməli, o adam yazıçı deyil.

– Afaq xanım başa düşən insandır. Yəqin…
– Onun da bilirəm ki, orda mənə iş versə də, mən işləyə bilmərəm.

– Niyə?
– İki qoçun başı bir qazanda qaynamaz!

– Heç bir yerdə işləməyə-işləməyə dolanmaq çətin məsələdir.
– Vallah, oğurluq etmək əlimdən gəlmir. (gülür) Dedim axı, “Qanun” üçün kitablar tərcümə edirəm. Bir söz var, deyir ki, sənəti olan adam uzağı günortayacan ac qalar. Allah yetirir. Demək olar ki, hər ay heç olmasa, bir kitab tərcümə edirəm. Bir də “Kaspi” qəzetindən də qonorar alıram. Eləcə də müxtəlif agentliklər üçün inglicədən xəbərlər tərcümə edirəm.

– Yazıçılar Birliyi kömək eləmir?
– Bəyəm Azərbaycan Yazıçılar Birliyi sosial təminat şöbəsidir? Sağ olsunlar, bir il təqaüd aldım. Bəy verən atın dişinə baxmazlar.

– Hər halda Yazıçılar Birliyində sizə iş də verə bilərlər.
– Hə, AYB iş məsləsində mənə kömək etsəydi, əla olardı. Ən azı tərcüməylə bağlı ştatlar var. İstəslər verə bilərlər. Kimdi məni yada salan?

– Anar müəllimə bir söz demisiniz iş barədə?
– Fikrət Qocaya demişəm neçə dəfə, əvəllər Anara da demişdim. Söz verirlər, yalnız söz. Axı onlar söz adamıdır.

Səlim Babullaoğlu hər şeyi bacarır

– Sevil xanım, bizdə şairlər var, onlar həm də tərcümə ilə məşğuldurlar. Sizcə, yaxşı şair həm də yaxşı tərcüməçi ola bilərmi?
– Sual bir az qaranlıq qaldı.

– Yəni demək istəyirəm ki…
– Necə yəni dil bilmədən tərcümə edirlər? Əlbətə, şeir tərcümə edən tərcüməçi poezyanı bilməldir. Amma mən şairəm deyib, dil bildi-bilmədi tərcümə etmək... Bu, tərcümə deyil.

– Bəs nədir?
– Xalturadır, pul xətrinə.

– Məsələn, Azərbaycanda Mahir Qarayev, Səlim Babullaoğlu, Etimad Başkeçid həm tərcümə eləyirlər, həm də şeir yazırlar. Amma siz daha peşəkarsınız. Onların tərcümələri size bir peşəkar kimi qane edir?
– Məncə, onlar rus dilindən edirlər. Yalan niyə deyim, oxumamışam onların tərcümələrini. O ki qaldı Səlimə, o hər şeyi bacarır. (gülür)

– Bizdə başqa ingilis dili tərcüməçilər yoxdur? Kimlərdir?
– Niyə yoxdur ki? Var. Bu yaxınlarda bir kitab çap olundu. Azərbaycan qadın şairlərinin antalogiyası. O kitab haqda tənqidi yazılar yazdım. Heç bir sayt vermədi, heç bir qəzet çap etmədi.

– Səbəb nə idi?
– Səbəb çox sadə. Kitabın layihə rəhbəriniun həyat yoldaşı Müsəlim Həsənovdur. Hamsı deyir, tanışdır. Yazıçılar Birliyinin saytı da o tənqidi yazını çap eləmədi, çünki layihənin məsləhətçisi Səlim Babullaoğludur. Yəni AYB-nin də tanışı Səlimdir. Belə.

– Sevil xanım, Salam Sarvanın şeirlərini ingilis dilinə tərcümə etmək və dünya oxucusuna çatdırmaq mümkündür? Bəzi mütəxəssislərin fikrincə mümkün deyil. Bəs siz nə deyirsiniz?
– Mən Salamın şeirləri tərcümə etmişəm. Çox çətindir onu tərcümə etmək. Amma o kitabını verdi, mən tərcüməsi mümkün olanları etdim.

– Necə alındı?
– Pis alınmadı.

Salam Sarvanın çox şeirini ingilisə çatdırmaq mümkündür

– Salam müəllimin bir misarsı var: Tanrı ölüm hökmü kəsib doğulmaq günahımıza. Bu misradakı fikri ingliscə olduğu kimi vermək mümküdür?
– Mümkündür. Olar.

– Bəs bu misrada necə? Ana, məni basdırarsan, boyumu soxduğun yerə.
– Yox, artıq bu misranı olduğu kimi ingilis dilinə tərcümə etmək mümkün deyil.

– Bir sözlə, ümumilikdə, Salam Sarvanı bir azərbaycanlı şair kimi ingilisə çatdırmaq mümkündür. Elə?
– Bəli. Demirəm ki, bütün şeirlərini. Amma çox şeirini çatdırmaq mümkündür.

– Sizin üçün nəsr tərcüməsi daha rahatdır, yoxsa poeziya?
– Mən əvvlcə şeir tərcümə etdim, sonra nəsr. Mənə görə hər ikisi çətindir. Amma mən nəsri daha çətin hesab edirəm.

– Niyə?
– Çünki nəsrdə frazeoliji birləşmələr çoxdur.

– Sevil xanım, maraqlıdır, sevəndə ingiliscə sevirsiniz, yoxsa azərbaycanca?
– Mən sevəndə elə öz dilimdə sevirəm.

– Öz diliniz hansıdır?
-Sevilin dilində. Yəni özüməməxsus.

Kiçik qızım Gültəni davamçım hesab edirəm

– Deyirlər, insan bircə dəfə sevə bilər. Bu fikirlə razısınız?
– Oşonu tərcümə edirəm hazırda. “Emotions” kitabını. İnsanın əhvalı hər an dəyişir. Elə biri mən. Dünənki Sevil deyiləm. Fərqliyəm. Heç bir an əvvəlki də deyiləm. Oşo məni də filosof edib.

– Yəni…
– Bu fikirlə heç razı deyiləm ki, insan yalnız bircə dəfə sevə bilər. Sevgi sevgi ilə unudulur. Bu misrasını xatırlayın. Hər yaşın öz sevgisi var.

– Eviniz var?
– Yox, mənim evim yoxdur. Ev sahibimiz var.

– Nə qədər kirayə haqqı verirsiniz?
– Hər ay 300 manat verirəm. Kommunal da mənlikdir. İnternet pulu da var hələ. Üstəgəl böyük qızmın təhsil haqqı. Hər kişinin gücü çatmaaz bu yükə.

– Qəbuluna düşə bilmirsiniz. Telefonla da danışmaq mümkün deyil. Bircə məktub qalır. Bəs roblemlərinizi Afaq Məsuda niyə məktub şəklinə yazmırsınız?
– Afaq Məsud mənim problemimi həll edən deyil ki… Sadəcə, normal, sivil qaydada, yəni müsabiqə yolu ilə işçi götürsəydi, mən də müsabiqədə iştirak edırdim. Keçməsəydim, bu öz günahım olardı.

– İki qızınız var. Onlar da sizin yolunuzu davam etdirirlər?
– Böyük qızım Xəzər Universitetində inglis dili müəllimi fakultəsində oxuyur. Yazı-pozu ilə arası yoxdur. Amma kiçik qızım Gültən Bakı Slavyan Universitetində Yaradıclıq fakutəsində oxuyur. Onun ruhu var. Kiçik qızım Gültəni öz davamçım hesab eləyə bilərəm.

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər