31 İyul 2021 19:12
6 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub.

Rza Deqati Teleqraf.com-a açıqlamasında deyib ki, fotolarının mesajı dünyaya Azərbaycan həqiqətlərini çatdırmaqdır: "Bir çox dünya ölkələri gözünü həqiqətin üzünə bağlayıb. Bütün ölkələrdə fotolarımla Azərbaycan həqiqətini çatdırmışam. Xarici vətəndaşlara bildirmişəm ki, dövlətinizin siyasəti fərqlidir və sizə yanlış informasiya veriblər. Həqiqəti fotomla, sözlərimlə çatdırıram. Fransa və Amerikaya Azərbaycan həqiqətlərini yanlış təqdim ediblər. Mən də 30 ildir ki, dünyaya bu mesajı çatdırıram".

Rza Deqati qeyd edib ki, əsərlərində insan ruhunu göstərir: "Fotolarımın çoxu müharibə zonasında çəkilib. Məsələn, Bakıda Rus pravoslav kilsəsini təqdim etdiyim fotoda Azərbaycanda dini tolerantlığın mövcud olduğunu bildirmişəm. Kilsə sovet vaxtı dağılmışdı, sonra təmir edildi. Səbəb müharibə və savaş deyil. Dünyaya insanlığı göstərirəm.
Mesajım o idi ki, 30 ildir ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər, amma azərbaycanlılar xristian kilsəsini bərpa edir".

Qeyd edək ki, açıq havada təşkil edilən sərgidə Real TV-nin rəhbəri Mirşahin Ağayev, rejissor Yavər Rzayev iştirak edib.


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov