“AVRO-2016” futbol çempionatında Türkiyə komandasının İspaniya yığmasına 0:3 hesabı ilə məğlub olması baş məşqçi Fatih Terimin sosial şəbəkələrdə təhqir edilməsi ilə nəticələnib.
Teleqraf.com xarici media istinadən xəbər verir ki, bəzi azarkeşlər komandanın baş məşqçisi Fatih Terimi təhqir etməklə kifayətlənməyərək, onun hamilə qızı Busə Terimin “instaqram” hesabında onu təhqir ediblər.
“İnstaqram” da Busə Terimin bətnindəki körpəyə bəd dualar olan mesajlar yazıblar.
İlhamə