21 İyun 2016 00:52
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi ofisi ABŞ-da yerləşən Reddit saytının əməkdaşı internete xüsusi proqram yükləməklə 6 il işləmədən maaş alıb.

Teleqraf.com xəbər verir ki, rəhbərlik bir müddət öncə proqramçının işinin avtomatik yerinə yetirilməsindən duyuq düşüb. Məsələ araşdırıldıqdan sonra bəlli olub ki, Fof adlı şəxs işləmədən maaş alıb. İldə 95 min dollar maaş alan Fof sistemin hazırlanması üçün 6 ay ciddi şəkildə çalışıb.

Fof bildirib ki, o, işdə ümumiyyətlə çalışmırdı: "Müxtəlif oyunlar oynayırdım, tanışlıq saytlarına girirdim. Rəhbərlik isə son günlərə qədər elə bilirdi ki, mən işləyirəm. Halbu ki, üzərimə düşən işi sistem avtomatik olaraq yerinə yetirirdi".

Bu günə qədər 200 min dollardan çox pul qazanmış Fof yeni iş axtarır. Bu üzdən o, alqortmləri yenidən öyrənir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər