Yay Olimpiya Oyunlarının keçirildiyi Rio de Janeyro şəhərində idmançılarla bağlı yeni insident yaşanıb.
Milli.Az Fox Sports News-a istinadən bildirir ki, Olimpiya Kəndində amerikalı üzgüçü Rayan Loxteni hədəfə alıblar, vurmaq istəyiblər. İnsident Loxtenin komanda yoldaşları ilə yollandığı klubda baş verib. Onları braziliyalı üzgüçü Tyaqu Pereyra dəvət etmişdi. İnsidentin səbəbi hələlik bəlli deyil.