30 Oktyabr 2016 21:39
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 9 qız atası olan Muhiddin Bulut onuncu uşağa hamilə qalan həyat yoldaşının yenə də qız doğacağını bilincə evdən gedib.

Teleqraf.com xəbər verir ki, hazırda on uşaq anası olan 38 yaşlı Suzan Bulutun ən böyük qızının 20, ən kiçiyinin isə 1 yaşı var.

Konyada çadırda yaşayan Suzan Bulud ərinin oğlan uşağı istədiyini, amma daim qız doğduğunu deyib: "Onuncu övladımın qız olduğunu eşidəndə ərim hirsləndi. Əmisi qızını alaraq mənə günü gətirəcəyini dedi. Qəbul etmədim. O da evdən getdi. Uşaqlarımı kağız toplayaraq saxlayıram. Çox çətin durumda yaşayıram. Ən böyük arzum şəxsi evimin olmasıdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər