9 Noyabr 2016 08:05
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil qurğuların məhsuldarlığının yoxlanılması üzrə ən populyar test hesab edilən "AnTuTu"nun yaradıcıları bazarda mövcud ən güclü smartfonların yeni reytinqini dərc ediblər." iPhone 7 Plus" smartfonu əvvəlki kimi liderdir.

"ICTnews" Elektron Xəbər Xidməti "dni24.com" saytına istinadən yazır ki, "Apple A10 Fusion" prosessoru ilə təchiz edilmiş 5.5 düymlük "iPhone 7 Plus" fableti 172644 xal toplayaraq reytinqdə birinci yeri tutub. Eyni çipsetlə təchiz edilmiş və 170124 xal toplamış "iPhone 7" qurğusu ikinci yerdə qərarlaşıb. Sonrakı yerdə 160856 xalla Çinin "LeEco Le Pro 3" aparatı gəlir. Məlumat üçün, sözügedən aparat "Qualcomm Snapdragon 821" çipseti ilə təchiz edilib.

153777 xal toplamış "Xiaomi Mi5s Plus" dördüncü, 149705 xal yığmış "Smartisan M1L" isə beşinci yeri tutublar.


Müəllif:

Oxşar xəbərlər