2 Fevral 2017 21:52
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər tarixində on minlərlə insanın ölümünə səbəb olan çox sayda sunami baş verib.

Teleqraf.com həmin sunamilərin ən dağıdıcılarının siyahısını təqdim edir:

1. Sumatra, İndoneziya - 2004-cü ilin dekabrın 26-da 9,1 bal gücündə zəlzələdən sonra sunami baş verib. 50 metr hündürlüyündə dalğalar 230 min insanın ölümünə səbəb olub.

2. Şimali Sakit Okean sahili, Yaponiya - 2011-ci ilin martın 11-də baş verən sunami zamanı 18 min insan həyatını itirib.

3. Lissabon, Portuqaliya - 1755-ci ilin noyabrın 1-də 8,5 bal gücündəki zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Hündürlüyü 30 metrə çatan dalğalar Portuqaliya, Mərakeş və İspaniyada 60 min insanın ölümünə səbəb olub.

4. Krakatau, İndoneziya - 1883-cü ilin avqustun 27-də Krakatau vulkanı püskürüb. Olaydan sonra sunami baş verib. Vulkan və sunami nəticəsində 40 min insan həlak olub.

5. Enşunada dənizi, Yaponiya - 1498-ci ilin sentyabrın 20-də baş verən 8,3 ballıq zəlzələ sunamiyə səbəb olub. Təbiət hadisəsi zamanı 31 min insan ölüb.

6. Nankaido, Yaponiya - 1707-ci ilin oktyabrın 28-də 8,4 bal gücündə zəlzələ baş verib. 25 metrə çatan dalğalar 30 min insanın həyatını itirməsi ilə nəticələnib.

7. Sanriku, Yaponiya - 1896-cı ilin iyunun 15-də baş verən 7,6 ballıq zəlzələ sunamiyə səbəb olub. Dalğaların hündürlüyü 38,2 metrə çatıb. Olay zamanı 26 min insan həlak olub, 11 mindən çox ev dağılıb.

8. Şimali Çili - 1868-ci ilin avqustun 13-də 8,5 bal gücündə zəlzələ baş verib. Sunami zamanı 25 min insan həyatını itirib.

9. Ryuku adaları - Yaponiya - 1771-ci ilin 24 aprelində baş verən 7,4 bal gücündə zəlzələdən sonra hündürlüyü 85,4 metrə çatan dalğalar İşiqaki və Miyako adalarını tamamilə suyu altında qoyub. Baş verən sunami nəticəsində 12 min insan həlak olub.

10. İse körfəzi, Yaponiya - 1586-cı ilin yanvarın 18-də zəlzələ baş verib. Təxminən 8 bal gücündə olan yeraltı təkanlar sunamiyə səbəb olub. Təbiət hadisəsi zamanı 8 min insan həyatını itirib.

Samir


Müəllif: