Türkiyənin Silivri bölgəsində yaşayan Səməd Polad yenicə işə düzəldiyi zavodun yaxınlığında itlərin hücumuna məruz qalıb. Görüntülər təhlükəsizlik kamerası ilə lentə alınıb.
Hadisə zavodun təhlükəsizlik işçisi vəzifəsinə təyin olunan Poladın gecə yarısı oturduğu otaqdan çıxdığında baş verib. Hücum zamanı digər təhlükəsizlik əməkdaşının yatdığı görünür.
Xəstəxanaya çatdırılan Poladın həyatını xilas etmək mümkün olmayıb. Teleqraf.com həmin anları sizə təqdim edir: