11 Dekabr 2014 08:52
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Böyük Britaniya alimləri Ayı təhqiq etməklə bağlı planları barədə məlumat veriblər. Lunar Mission One (LMO) adlı yeni missiya Yerin yeganə peykinə insanın ayaq basdığı “Appalon” missiyasından bəri ilk proqram olacaq.

Teleqraf.com Vesti.ru saytına istinadla xəbər verir ki, LMO missiyasının məqsədi Ayın cənub qütbünü tədqiq etmək və peykin səthinin planetoloji xüsusiyyətlərini öyrənməkdir. Eyni zamanda, alimlər ekspedisiya əsnasında peykdə gələcək kolonistlərin bir neçə il ərzində daimi yaşaması və onu tədqiq etməsi üçün şərait yaradılmasının mümkünlüyünü aydınlaşdırmağa çalışacaqlar.

Layihənin rəhbərləri suxur nümunələri götürmək üçün xüsusi qurğular vasitəsi ilə Ayın səthini 100 metr dərinliyə qədər qazmağı, bundan başqa kosmosu və qədim qalaktikaları daha dəqiq öyrənmək məqsədi ilə burada rəsədxana quraşdırmağı da planlaşdırdıqlarını bildiriblər.

Ay səthinin 100 metrədək qazılması alimlərin peykin dərin qatlarında su və orqanik birləşmələrin tapılmasının mümkünlüyü barədə suallarına da aydınlıq gətirə bilər.


Müəllif:

Oxşar xəbərlər