QOÇ - Qarşınızda sevinc dolu bir təqvim durur. Ulduzlar zamanın bütünlüklə xeyrinizə işləyəcəyindən xəbər verir. Bu səbəbdən də aktivliyinizi artırmalısınız. Maraqlı görüşlər də mümkündür.
BUĞA - İşgüzar sövdələşmələrə başlamağa dəyər. Amma bu planınızı nahardan sonraya saxlamayın. Əks təqdirdə razılığa gələ bilməyəcəksiniz. Ulduzlar pəhriz saxlamağı məsləhət görür.
ƏKİZLƏR - Ümumi mənzərə ürəyinizcə olacaq. Ələlxüsus da günün birinci yarısında iştirakçısı olduğunuz proseslərdən məmnun qalacaqsınız. Amma imkan varsa, uzaq yola çıxmaqdan vaz keçin.
XƏRÇƏNG - Özünüzə qapılmağa son qoyun. Çünki indi aktivlik məqamıdır. Göylərə, ulduzlara bel bağlamaqdansa reallığı nəzərə alıb konkret addımlar atın. Sadəlövh olmağın yeri deyil.
ŞİR - Əgər vacib bir işiniz çıxmazsa, vaxtınızı daha çox oturaq şəraitdə, lap elə evdə keçirin. Çünki bu gün sizin üçün passiv gündür. Ulduzların düzümü yalnız saat 16-18 aralığını uğurlu sayır.
QIZ - Bu günün sizə mənfi təsir edəcəyi gözləniləndir. Odur ki, fəaliyyətdə və qarşılıqlı münasibətlərdə obyektivliyinizi qorumağa çalışın. Yaxşı olar ki, axşamı öz evinizdə keçirəsiniz.
TƏRƏZİ - Saat 09:04-dən Ay bürcünüzdə olduğu üçün davranış və ünsiyyətinizdə sabitliyi qoruyun. Hər hansı riskli addımlara da yol verməyin. Axşama doğru ürəyinizə yaxın adamlarla bir araya gəlin.
ƏQRƏB - Ümumi süstlüyünüzü nəzərə alıb daha çox istirahətə yer ayırın. Qəlbinizə yaxın insanlarla görüşməyiniz rahatlığınızı artıracaq. Maliyyə sahəsində də uğurlarınız mümkündür.
OXATAN - Əgər gün ərzində səhhətinizi nəzarətdə saxlaya bilsəniz, hansısa digər probleminiz üzə çıxmayacaq. Saat 14-17 arası maraqlı və gələcəyinizdə rol oynaya bilən adamlarla rastlaşacaqsınız.
OĞLAQ – Yaxşı olar ki, bütün məsələlərdə daxili sabitliyinizi qoruyasınız. İnsanlarla münasibətdə neytral olmağa çalışın. Onsuz da ətrafınızdakılar bu gün sizi tam anlamayacaqlar.
SUTÖKƏN - Hansısa məqsədlərinizi reallaşdırmağa tələsməyin. Çünki ixtiyarınızda olan bu təqvim aktiv deyil. Yaxşı olar ki, düşüncələrinizi ilahi qanunlar əsasında tənzimləyəsiniz.
BALIQLAR – Günün ilk yarısını daha çox istirahətə həsr edin. Həmin ərəfədə evdə təmir-tikinti işləri ilə məşğul olmaq səmərəlidir. Sonrakı müddətdə isə planların icrasına başlamaq olar.