29 Dekabr 2014 00:04
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - İlin-günün bu vaxtında Ay da bürcünüzdə qərar tutmağa vaxt tapdı. Neyləmək olar, kosmosla kosmosluq etmək olmaz ki?! Heç olmasa ciddi işlərinizi bu günlük təxirə salmağa çalışın.

BUĞA - Günün birinci yarısını süst şəkildə başa vursanız da, sonrakı müddətdə ovqatınıza müsbət təsir edə biləcək olaylarla qarşılaşacaqsınız. Aldığınız təkliflərə həssas yanaşın.

ƏKİZLƏR - Astroloji bilgilərə əsaslansaq, bu təqvim sizin üçün müəyyən gərginliklərlə müşahidə olunacaq. Daha çox ailə üzvlərinizlə münasibətləri tənzimləməyə çalışın. Uzaq yola çıxmayın.

XƏRÇƏNG - Çox güman ki, bu gün boş vaxtınız çox olacaq. Belə olan təqdirdə isə mədəni istirahətə yol vermək lazım gəlir. Bu səbəbdən də ürəyinizcə olan ünvanlarda qonaq sifətilə iştirak etməlisiniz.

ŞİR - Əgər kənar təsirlərə uymasanız, heç bir qanqaraçılıqla üzləşməyəcəksiniz. Çalışın ki, öz ideya və fikirlərinizdə qətiyyətli olasınız. Mənasız səbəbdən özünüzü gərginliyə salmayın.

QIZ - Son vaxtlar yamanca qərarsız olmusunuz. Bir az təmkinli olun. Hadisələri qabaqlamağa çalışmayın. Yalnız gündəlik qayğılarınızla məşğul olun. Başqalarının işinə müdaxilə etməyin.

TƏRƏZİ - Risk etməyə dəyər. Ulduzlar tərəfinizdə durduğundan qəlbinizdə cövlan edən ideyaları qabartmalı və həllini sürətləndirməlisiniz. Heç nədən çəkinməyin. Qabiliyyətinizdən bəhrələnin.

ƏQRƏB - Yəqin bilməmiş deyilsiniz ki, həftənin bu günü qazanmaq üçün sizə o qədər də düşərli deyil. Odur ki, bu istiqamətdə əziyyətə qatlaşmağa dəyməz. Əsas enerjinizi fəaliyyətə yönəldin.

OXATAN - Sağlamlığınıza xüsusi diqqət yetirməklə gözlənilən təhlükəni aradan qaldıra bilərsiniz. Sonrakı saatları isə bütünlüklə sevgiyə həsr edin. Pulla bağlı sövdələşmələri təxirə salın.

OĞLAQ - Günün ümumi mənzərəsini qənaətbəxş hesab etmək olar. Hətta ətrafınızda olanlardan bəziləri çöhrənizə təbəssüm də qata bilər. Ötən dövrlərdə buraxdığınız səhvlərdən nəticə çıxarın.

SUTÖKƏN - Olduqca aktiv gündür. Ürəyinizcə olan çoxsaylı hadisələrlə rastlaşmaq ehtimalınız var. Sevindirici xəbərlər, ümidli gələcək haqqında düşüncələr yolunuzu gözləyir.

BALIQLAR - İşlərinizin çox olması sizi bərk yoracaq. Amma bunun xeyirli nəticə verəcəyini düşünüb əzmkarlığınızı artırmalısınız. Axşama yaxın maraqlı bir hadisə ilə rastlaşacaqsınız.


Müəllif: