Fiat Chrysler Automobiles NV qrupu Ferrari markasını satmağı planlaşdırır. Bu barədə Bloomberg xəbər verir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qrupun direktorlar şurasının sədri, ötən il FIAT və Chrysler konsernlərinin birləşməsini başa çatdırmış Sercio Markione ziyanla işləyən şirkəti gələcək restrukturizasiyaya hazırlayır.
Ferrari-nin satışı şirkətə 14 milyard dollar vəsait əldə etməyə imkan verəcək. Şirkətin məqsədi Asiya bazarlarını mənimsəməyə və dünyanın ən iri avtomobil istehsalçıları olan Volkswagen və Toyota ilə rəqabət üçün güclü strukturun qurulmasına xərclənəcək.
Ümumiyyətlə isə yaxın üç ildə sərmayə qoyuluşu 57 milyard dollardan az olmayacaq.
Rüstəm