Hindistan sakini olan qadın ərindən ayrılmamaq üçün qəribə şərt qoyub. Lenta.ru saytı “The Hindu”ya istinadən yazıb ki, məhkəmə zamanı 27 yaşlı Savita əri Malviya evdə ayaqyolu tikdirməsə, barışmaq fikrinin olmadığını bildirib.
30 yaşlı əri Devkarana Malviya isə məhkəmə qarşısında söz verib ki, yanvarın 10-a qədər evdə “sanuzel” quraşdıracaq.
Cütlük 7 il öncə ailə qursa da, 3 ildir birgə yaşamır. Savita ərindən ayrılaraq valideynlərinin yanına köçüb, Savitanı məhkəməyə verib və hər ay ona maddi yardım etməsi ilə bağlı tələb irəli sürüb. Məhkəmə zamanı qadın izah edib ki, evdə normal ayaqyolu olmaması ucbatından o, təbii ehtiyaclarını küçədə qarşılamaq zorunda qalıb.
Savitanın sözlərinə görə, bu, çox aşağılayıcı durumdur. Ayaqyolu vədindən sonra qadının ər evinə qayıdıb-qayıtmadığı bilinmir. /musavat.com/